Dünya

Son 10 gündə Qəzzada döyüşən üçüncü İsrail əsgəri intihar edib



İsrail mediasının məlumatına görə, 2023-cü il oktyabrın 7-də Qəzzada İsrail hərbi əməliyyatları başlayandan bəri ən azı 44 əsgər əsasən döyüşlərin psixoloji təsirləri üzündən intihar edib…



…İsrail mediası ötən gün axşam Qəzzada müharibədə iştirak edən daha bir əsgərin intihar etdiyini bildirib.

SİA-nın məlumatına görə, bu, son 10 gündə İsrail əsgərləri arasında üçüncü intihardır.

İsrail Ordusu radiosunun məlumatına görə, Nahal briqadasının əsgəri bazar ertəsi səhər Colan Təpələrindəki hərbi bazada intihar edib.

…“Yedioth Ahronoth” qəzeti mərhumun bir ildən artıq Qəzzada xidmət etdiyinə aydınlıq gətirib.

Ötən həftə Qəzzada da döyüşən Colan briqadasının başqa bir əsgəri Neqev səhrasındakı Sde Teiman bazasında özünü güllələyib. Bu əsgər hərbi polis tərəfindən dindirildikdən sonra intihar edib.

…“Haaretz” qəzetinin yazdığına görə, komandirlər dindirildikdən sonra onun silahını müsadirə etmək qərarına gəliblər, lakin bir neçə saat sonra o, yoldaşının silahını götürərək özünü güllələyib.

Həmin həftə “Walla” saytı Qəzza və Livanda uzun aylar davam edən müharibə və şahidi olduğu dəhşətlər nəticəsində uzun müddət ruhi əzab çəkdikdən sonra intihar edən başqa bir əsgər haqqında məlumat verib.

İsrail mediasının məlumatına görə, 2023-cü il oktyabrın 7-də Qəzzada İsrail hərbi əməliyyatları başlayandan bəri ən azı 44 əsgər əsasən döyüşlərin psixoloji təsirləri üzündən intihar edib.

Son həftələrdə üsyançıların fəaliyyəti nəticəsində İsrail ordusunun itkiləri artdıqca, bəzi əsgərlər Qəzzada döyüşə qayıtmaqdan imtina ediblər.

…Və onlardan bir neçəsi nəzarətə götürülüb.

Əli Babayev