Dünya

Suriyada toqquşmalarda ölənlərin sayı 203-ə çatıb


Suriyanın cənubundakı Suveyda şəhərində silahlı druz və bədəvi qruplar arasında baş verən toqquşmalarda ölənlərin sayı 203-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın cənubundakı Sveyda şəhərində druz və bədəvi silahlı qruplar arasında baş verən silahlı qarşıdurmada ölənlərin sayı artıb.

Suriya İnsan Haqları Müşahidə Qrupu ötən bazar günü başlayan qarşıdurmalarda druz qruplarından 21-i mülki vətəndaş, 18-i bədəvi, 93-ü təhlükəsizlik qüvvələri olmaqla 92 nəfərin öldürüldüyünü və bununla da ümumi ölənlərin sayının 203-ə çatdığını bildirib.