Dünya

Zelenski çoxsaylı vətəndaşlığa icazə verdi


Ukrayna Prezidenti Volodimir Zelenski çox vətəndaşlıq haqqında qanunu imzalayıb. SİA xəbər verir ki, bu barədə Ali Radanın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, müəyyən şərtlər daxilində ukraynalılar eyni zamanda iki və ya daha çox ölkənin vətəndaşlığına sahib ola biləcəklər. Bundan əlavə, digər ölkələrin vətəndaşları olan Ukrayna mənşəli şəxslər üçün də sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək hüququ təmin edilir. Yeni qanun Ukraynada hərbi xidmət keçən əcnəbilər üçün vətəndaşlıq əldə etmək prosedurunu sadələşdirir.