Sosial

2 mindən çox cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib


Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 2722 cinayət işinin istintaqı tamamlanaraq, 2151 iş məhkəmələrə göndərilib. SİA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 130 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 86 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.