Dünya

Almaniyada doğum nisbətləri azalmaqda davam edir


Almaniyada bir qadının məhsuldarlıq dövründə ola biləcəyi orta uşaq sayına istinad edən “ümumi doğuş nisbəti” 2023-cü ildəki 1,38 uşaqdan 2024-cü ildə 1,35-ə enib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi 2024-cü il üçün doğum statistikasını açıqlayıb.

Müvafiq olaraq, 2024-cü ildə diri doğulanların sayı 2023-cü illə müqayisədə 2 faiz və ya 15 872 nəfər azalaraq 677 117 nəfərə çatıb. Bir qadının reproduktiv yaşlarında (15-49 yaş) sahib ola biləcəyi uşaqların orta sayını təmsil edən “ümumi məhsuldarlıq səviyyəsi” 2023-cü ildəki 1,38 uşaqdan 2024-cü ildə 1,35 uşağa enmişdir. Ümumi doğuş nisbəti 2022 və 2023-cü illərdə müvafiq olaraq 8 faiz və 7 faiz azalmışdır.

2024-cü ildə doğum edən anaların orta yaşı 31,8 olub. Diqqətəlayiqdir ki, Almaniyanın şərq ştatlarında qadına 1,27 uşaq düşür, 1,38 olan qərb ştatlarından xeyli aşağıdır.

Almaniya vətəndaşlığı olan qadınlarda bu nisbət qadın başına 1,23 uşağa enib, xarici vətəndaşlığı olan qadınlarda isə 1,84 uşağa düşüb. 2017-ci ildən bəri xarici vətəndaşlığı olan qadınlar arasında doğuş nisbətinin demək olar ki, davamlı olaraq aşağı düşdüyü bildirilir. Məlumatlar göstərir ki, ümumi doğuş nisbətində azalma tendensiyası təkcə Almaniyaya xas deyil. Keçən il Avropa İttifaqına (Aİ) üzv olan ölkələr üzrə orta doğum səviyyəsi 1,38 uşaq olub.

27 Aİ üzv dövlətinin ümumi doğuş nisbətlərinə görə, 2023-cü ildə ən yüksək ümumi doğuş nisbətinə malik ölkə 1,81 uşaqla Bolqarıstan, ən aşağı doğum nisbətinə malik ölkə isə 1,12 uşaqla Malta olub.