İqtisadiyyat

AMB “Qala Sığorta”ya və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncam verib


Azərbaycan Mərkəzi Bankı (AMB) “Qala Sığorta” ASC-yə və bir sıra müstəqil ekspertlərə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə,“Qala Sığorta”da aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətə icrası məcburi sərəncam verilib.

Bundan başqa, aparılan monitorinq zamanı reyestrə daxil edilmiş bir sıra müstəqil ekspertlərin reyestr məlumatlarının yenilənməməsi və icbari sığorta növü üzrə fəaliyyətin İcbari Sığorta Bürosunun sistemi vasitəsilə həyata keçirməməsi aşkarlanıb. Nəticədə həmin müstəqil ekspertlərə “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsi əsasında icrası məcburi göstəriş verilib.