Banqladeşdə devrilmiş baş nazirin tərəfdarları qiyama qalxıblar..?
…Banqladeşdə təhlükəsizlik qüvvələri ilə devrilmiş baş nazir Şeyx Hasinanın tərəfdarları arasında toqquşma baş verib.
SİA-nın məlumatına görə, bu barədə AP məlumat yayıb.
…Ən azı 4 nəfər həlak olub, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb. İğtişaşlar ötən ilin avqustunda hökumət əleyhinə qiyamda iştirak edən tələbələrin yeni hökumətin may ayında qadağan etdiyi “Avami Liqası” partiyasının çoxlu tərəfdarlarının yaşadığı və Şeyx Hasinanın doğulduğu şəhər olan Qopalganc bölgəsində yürüşdən sonra başlayıb.
Televiziya jurnalistləri tərəfindən çəkilmiş videolarda Şeyx Hasinanın tərəfdarlarının Milli Vətəndaş Partiyasının liderlərini daşıyan 20 avtomobillik kortejinin ölkəyə daxil olması zamanı polis əməkdaşlarına çubuqlarla hücum etməsi və avtomobilləri yandırması əks olunub.
Partiya üzvləri hücum edənlərdən polis bölməsində gizlənib, daha sonra “təhlükəsizlik məqsədilə” qonşu bölgəyə gediblər. Müvəqqəti hökumətin başçısı Məhəmməd Yunus hücum edənlərin hərəkətlərini qəbuledilməz adlandırıb və iğtişaşlarda iştirak edənlərin cəzasız qalmayacağına söz verib.
Əli Babayev