Vulkan püskürdü, nəhəng yarğan əmələ gəldi
İslandiyanın paytaxtı Reykyavik yaxınlığında Sundhnukur vulkanı püskürüb. SİA xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilir ki, İslandiyanın cənub-qərbində bu təbiət hadisəsi nəticəsində 700-1000 metr uzunluğunda yarğan yaranıb. Lava əsasən cənub-şərq istiqamətində axır və infrastruktur obyektləri üçün təhlükəli deyil. Hadisə səbəbilə məşhur lüks geotermal kurort olan “Mavi laqun” və yaxınlıqdakı balıqçılıq şəhərciyi Qrindavikdən insanlar təxliyə edilib.
Qeyd edək ki, belə yarğan tipli püskürmələrdə lava mərkəzi kraterdən deyil, yer qabığında yaranan uzun yarğanlardan axaraq çıxır.