Dünya

Zelenski yeni hökumətin tərkibini açıqladı


Ukrayna Prezidenti Volodimir Zelenski “Xalqın xidmətçisi” partiyasından olan deputatlarla görüşündə yeni Nazirlər Kabinetinə namizədlərin siyahısını açıqlayıb. SİA bu barədə “RBC-Ukrayna”ya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Zelenski namizədlər siyahısını oxuyub:

Yuliya Sviridenko – Baş nazir

Denis Şmıqal – Müdafiə Nazirliyi və Strateji Sənaye Nazirliyi

Mixaylo Fedorov – Baş nazirin birinci müavini

Taras Kaçka – Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini

Oleksiy Sobolev – İqtisadiyyat Nazirliyi, Aqrar Siyasət Nazirliyi və Ekologiya Nazirliyi

German Qaluşenko – ədliyyə naziri

Svetlana Qrinçuk – energetika naziri

Denis Ulyutin – sosial siyasət naziri

Mikola Toçitski – Mədəniyyət Nazirliyinin rəhbəri vəzifəsini tərk edir, yeni namizədlə bağlı məsləhətləşmələr aparılır.

Yerdə qalan nazirlər öz vəzifələrini qoruyacaqlar.