Dünya

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb…


…Böyük Britaniyanın Şeffild şəhərində yaşlı ingilis sistematik olaraq vəhşi siçovulları gətirib məscidin yaxınlığında buraxmaqda təqsirli bilinib.

SİA-nın məlumatına görə, bu barədə “The Independent” yazır.

Deməli, iyul ayında 66 yaşlı Edmund Fovler Şeffildin Böyük Məscidinin qarşısında park edib avtomobilinin yük yerindən gəmiriciləri buraxarkən CCTV kamerasına düşüb. Görüntülərdə siçovulların hasarın arasından sürünərək binaya doğru qaçdığı görünür.

Təbii ki, polis bunun yaşlı ingilisin ilk əməli olmadığını müəyyən edib.

Belə ki, bundan əvvəl o, may və iyun aylarında iki dəfə oxşar “hərəkətlər” həyata keçirmişdi.

Beləliklə şəhər məhkəməsi onu “dinlərarası nifrət zəminində təqib”də təqsirli bilib və 18 ay müddətinə azadlıqdan məhrum edilib.

Faulerin azadlığa çıxmasından sonra 18 ay müddətində məscidlərə yaxınlaşması da qadağan edilib.

Əli Babayev