İki ölkə arasında tərəfdaşlıq sazişi qüvvəyə minir…
…Təbii ki, bundan əvvəl, yəni İsrail İranı bombalayanda Kreml… gözləmə mövqeyində dayanmışdı və indi…
…İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi qüvvəyə minib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat verib.
Onun sözlərinə görə, saziş artıq qüvvəyə minib.
Diplomat müqavilənin qüvvəyə minmə tarixi və dövlətdaxili prosedurların başa çatması barədə tərəflərə məlumat verilib-verilməməsi ilə bağlı sualları belə cavablandırıb.
Cəlali qeyd edib ki, saziş Dövlət Dumasında və Federasiya Şurasında ratifikasiya olunub, həmçinin prezident Vladimir Putin də imzalayıb.
…RİA Novosti xəbər verir ki, İranda sənəd parlament tərəfindən təsdiqlənib, Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənib və prezident tərəfindən imzalandıqdan sonra qanun statusu alıb.
Sazişin şərtlərinə görə, o, prosedurların başa çatması barədə tərəflərin bir-birini xəbərdar etməsindən 30 gün sonra qüvvəyə minir.
Etibarlılıq müddəti 20 ildir, bundan sonra avtomatik olaraq növbəti beş illik dövrlər üçün uzadılır.
…Xatırladaq ki, Lavrov İrandan yenidənqurma işlərinə kömək üçün heç bir müraciətin olmadığını bildirmişdi.
Nazlı Almuradova