İngiltərədə məktəb avtobusu aşıb
İngiltərədə məktəb səfərindən qayıdan tələbələri daşıyan avtobusun 6 metrlik yamacdan aşıb sürüşməsi nəticəsində 1 nəfər ölüb, ikisi ağır olmaqla 21 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin cənub-qərbində yerləşən Somerset dağıdıcı qəzaya səhnə olub.
Ekskursiyadan qayıdan orta məktəb şagirdlərini daşıyan avtobusun 20 metrlik yamacdan aşağı sürüşməsi nəticəsində bir nəfər ölüb, ikisi ağır olmaqla 21 nəfər yaralanıb. Avon və Somerset polisinin məlumatına görə, qəza Exmoor Milli Parkı yaxınlığında baş verib.