Türkiyədə 153 İŞİD üzvü saxlanıldı
Türkiyədə son iki həftədə 28 vilayətdə İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda terror təşkilatına üzv olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb. SİA“Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. DİN rəhbərinin sözlərinə görə, saxlanılan şəxslərin terror təşkilatına maliyyə yardımı etdikləri, sosial media hesabları vasitəsilə terror təbliğatı apardıqları müəyyən edilib.