“WhatsApp Rusiya qanunlarına uyğun olarsa, qala bilər”
…Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiyada populyarlığına görə lider olan WhatsApp Rusiya qanunvericiliyindən irəli gələn müəyyən öhdəlikləri daşıyır.
Peskovun sözlərinə görə, “WhatsApp” əhali arasında tələbat baxımından təkcə bizdə deyil, bir çox başqalarında da layiqincə birinci yerdədir. Bununla belə, hər hansı bir xidmət kimi, Rusiya Federasiyasında qüvvədə olan qanunlara riayət etməyə borcludur.
SİA xatırladır ki, bundan əvvəl Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsi sədrinin birinci müavini Anton Qorelkin “WhatsApp”ın böyük ehtimalla məhdudiyyətlərə məruz qalan resurslar siyahısına daxil ediləcəyi barədə fikir bildirib.
Qorelkin Telegram kanalında qeyd edib ki, messencer Rusiya bazarını tərk etməyə hazırlaşmaq barədə düşünməlidir.
Əli Babayev