Zakarpatiyada kilsə yandırıldıqdan sonra macarlar təqib olunur…
Macarıstanın baş naziri Viktor Orban Ukraynanın bir hissəsi olan Zakarpatiya (Transkarpatiya) ərazisində etnik macarlara qarşı təqiblərin artdığını bildirib.
Qeyd edək ki, bəyanata səbəb bölgədə kilsənin yandırılması olub, naməlum şəxslər kilsənin divarında “Macarları bıçaqla” hədələyici yazı buraxıblar.
Orbanın sözlərinə görə, Zakarpatya bölgəsindəki macar azlığı məcburi səfərbərlik, zorakılıq, dini obyektlərin yandırılması, həmçinin hədə-qorxu və təxribatlarla üzləşib.
SİA xəbər verir ki, o, bu barədə 2025-ci il iyulun 17-də sosial şəbəkələrdəki səhifələrində məlumat verib və Macarıstan hakimiyyətinin baş verənlərə laqeyd qalmayacağını eləcə də öz həmvətənlərini qorumağa hazır olduğunu vurğulayıb. …Məcburi işə götürmə, qətl, kilsə yandırma, təhrik, qorxutma. Bütün bunlar bizim xalqımıza, macarlara qarşı Zakarpatiyada baş verir. Biz sizi buraxmayacağıq, bizə arxalana bilərsiniz!.
Bunu Orban yazıb.
…Kilsə ilə bağlı insident Budapeştdə Ukraynadakı macar əhalinin vəziyyəti ilə bağlı narahatlığa səbəb olan ilk hadisə deyil.
Xatırladaq ki, cümə axşamı, iyulun 10-da “Maqyar Nemzet” qəzeti yaxınlarına istinadən yazıb ki, 45 yaşlı macar Yozef Sebestyen TCC (Hərbi Komissarlıqların Ukrayna versiyası) əməkdaşlarının onu Ukraynada küçədə yaxalayıb, mikroavtobusa aparmalarından üç həftə sonra o, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Zakarpatiyada 150 minə yaxın etnik macar yaşayır, onların əksəriyyəti tarixi vətənləri ilə mədəni və dil əlaqələri saxlayır.
Viktor Orban da bir gün əvvəl bəyan etmişdi ki, Zakarpat macarının Ukrayna hərbi komissarlarının əli ilə faciəli şəkildə həlak olması ölkədəki ümumi hüquqi nihilizmdən xəbər verir. O, həmçinin qeyd edib ki, bu hadisə onun Avropa Birliyinə üzv olmasını qeyri-mümkün edir.
Əli Babayev