Siyasət

BTQ əməkdaşlıq etdiyi xarici tədqiqatçılarla araşdırma aparıb


Bakı Təşəbbüs Qrupu (BTQ) əməkdaşlıq etdiyi xarici tədqiqatçılarla birlikdə yeni araşdırma aparıb. Belə ki, “Yeni Kaledoniya: Kalonial miras, öz müqəddəratını təyin etmək uğrunda mübarizə və 2024-cü ilin böhranı” adlı tədqiqat işində Yeni Kaledoniyada 2024-cü ilin may iğtişaşları, onları doğuran səbəblər, proseslərin gedişi, eləcə də kanak xalqına qarşı repressiyalar və bu xüsusda beynəlxalq təpki və mübarizənin nəticələri araşdırılıb.

SİA xəbər verir ki, 2025-ci ilin mart-iyun aylarında yazılan tədqiqat hadisələrin xronologiyasını, zorakılıq və dağıntıların miqyasını, Fransa hüquq-mühafizə orqanlarının törətdiyi vəhşilikləri, eləcə də region və regionda maraqları olan ölkələrinin, eyni zamanda, BMT-nin reaksiyasını əhatə edir. Tədqiqat kanak xalqının etirazlarının kökündə kolonial idarəetmənin durduğunu göstərir, əsarət altında yaşayan xalqların fundamental hüquqları ilə bağlı ciddi çatışmazlıqları təhlil edir.

Bu araşdırmadan həm yerli spesifikliyi, həm də daha geniş siyasi konteksti əks etdirən bir neçə əsas nəticə çıxır. Belə ki, Yeni Kaledoniyadakı 2024-cü il böhranı Fransanın ərazi üzərində nəzarəti güc və inzibati üsullarla — yerli xalqın öz müqəddəratını təyinetmə hüququna hörmət etmədən qorumaq cəhdləri münaqişənin daha da ağırlaşdığını göstərdi. Həmçinin metropoliyanın repressiya, fövqəladə vəziyyət və həbslər şəklində cavabı dialoqa hazır olmadığını və müstəmləkə reflekslərinin hələ də güclü olduğunu göstərdi. Araşdırma Kaledoniyanın statusu məsələsini Fransanın daxili işi olmadığını beynəlxalq hüquq baxımından təhlil edir və ədalətə əsaslanan nizamlanma olmadan davamlı sülhün mümkün olmayacağı qənaətinə gəlir.

İyulun 12-də Fransa və Yeni Kaledoniya arasında imzalanan saziş adıçəkilən araşdırmanın nəticələrinin dəqiq proqnozlaşdırıldığını sübut edir: Adanın statusuna dair qərarı kanak xalqı verməli və mərhələli şəkildə Yeni Kaledoniya tam müstəqil olmalıdır.