Gəncədə qonşular bir-birini döyüb
Gəncədə qonşular arasında davada 3 nəfər xəsarət alıb.
SİA xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivində qeydə alınıb.
Dava nəticəsində 1967-ci il təvəllüdlü B.Qasımov, 1964-cü il təvəllüdlü Ə.Bağırov və 1971-ci il təvəllüdlü K.Qasımova xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.