Dünya

İnsan yeyən ayı güllələnib…


…Yaponiyanın Hokkaydo adasında insan yeyən qonur ayı tapılaraq zərərsizləşdirilib.

SİA xəbər verir ki, bu barədə Asahi Şimbun məlumat yayıb.

Fukusima şəhərində 2 metr uzunluğunda və çəkisi 218 kiloqram olan ayı güllələnib.

Yaşayış yerlərində odlu silahla ov etmək qadağan edilsə də, səlahiyyətlilər heyvanın insanlara son hücumları səbəbindən vəziyyəti fövqəladə hal hesab ediblər.

İyulun 12-də ayı 52 yaşlı qəzet daşıyıcısını parça-parça edib. Yırtıcının DNT analizi və mədə məzmunu onun eyni heyvan olub olmadığını göstərəcək.

Hokkaydo qubernatoru Naomiçi Suzuki 2022-ci ildə tətbiq edilən, lakin hücumdan əvvəl işə yaramayan ayı xəbərdarlığı sistemini nəzərdən keçirəcəyini vəd edib.

Yerli sakinlər iyulun əvvəlindən ayıların tez-tez yaşayış yerlərini ziyarət etdiklərini, sakinləri qorxutduğunu bildiriblər. Hakimiyyət əhalini ayıq-sayıq olmağa çağırır.

Bundan əvvəl bildirilmişdi ki, Yaponiyada Hokkaydo adasında ayının peyda olması xəbərindən az sonra itkin düşən ovçu axtarılır.

Yerli polis və yanğınsöndürmə xidmətinin iştirakı ilə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı itkin düşən şəxsin tüfəngi tapılıb.

Tezliklə yaxınlıqda qan izləri də tapıblar.

Əli Babayev