Bu ilin ilk 6 ayında Aİ ölkələr 1860 Gürcüstan vətəndaşını deportasiya edib
Cari ilin birinci yarısında Avropa İttifaqına (Aİ) üzv ölkələr 1860 Gürcüstan vətəndaşını vətənlərinə deportasiya edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Gürcüstan “readmissiya sazişi”nə əsasən onlardan 9-nu qəbul etməkdən imtina edib.
Vətənə deportasiya edilənlərdən 1065-i kişi, 312-si isə qadındır.
Gürcüstan vətəndaşları ən çox Almaniyadan (966 nəfər)deportasiya olunub.
Fransa hökuməti 371, İrlandiya 179, İsveçrə 63 və Yunanıstan 69 Gürcüstan vətəndaşının öz vətənlərinə qaytarılması barədə qərar qəbul edib.
Qeyd edək ki, 2017-ci ilin mart ayından Gürcüstan vətəndaşları turizm, işgüzar və qonaq səfərləri üçün Şengen zonası ölkələrinə qısamüddətli vizasız səfərlər (180 gün ərzində 90 gün qalma) hüququ əldə ediblər.
Vətəndaşların deportasiyası Gürcüstan tərəfinin imzaladığı “İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş əsasında həyata keçirilib.