Siyasət

Şuşa Qlobal Media Forumu təşəbbüsdən daha çox instituta çevrilib


Bu mənim Şuşaya 3-cü səfərimdir. Artıq görürəm ki, Şuşa Qlobal Media Forumu təşəbbüsdən daha çox instituta çevrilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri Pakistanın DND xəbər agentliyinin direktoru Ağa İqrar Harun deyib.

O qeyd edib ki, ilk dəfə Şuşaya şəhərin işğaldan azad edilməsindən qısa müddət sonra gəlib.

“O zaman Şuşadakı vəziyyət indiki kimi deyildi. Ancaq indi tamamilə yenidən qurulmuş şəhər görürəm. Mən Füzulidən və Şuşadan olan insanlarla həmsöhbət zamanı bu ərazilərin Ermənilər tərəfindən işğal edildiyi barədə, yerli əhalinin çəkdiyi əzablar və itkiləri barədə hekayələrini eşitmişəm”.

Hər dəfə bura səfər edərkən Azərbaycanda yeni məlumatlar öyrəndiyinə diqqət çəkən Forum iştirakçısı deyib: “Dünən Azərbaycan Prezidenti İlham Əliyevin regionla və qlobal sülhün konsepti ilə bağlı fikirləri, geniş və məzmunlu çıxışı olduqca yaddaqalan oldu”.