Azərbaycan Şimali Makedoniya ilə iqtisadi əməkdaşlığın prioritetlərini açıqlayıb
Azərbaycanın Şimali Makedoniya ilə iqtisadi əməkdaşlıq gündəliyində ticarət, investisiya, enerji, turizm və nəqliyyat sahəsində birgə fəaliyyəti intensivləşdirmək prioritet təşkil edir. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə ölkələrimizin biznes sahəsində əməkdaşlığının səmərəliliyinin artırılması və işgüzar əlaqələrin təşviqi imkanlarını dəyərləndirdik”, – deyə M. Cabbarov bildirib.