İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub


Azərbaycan Mərkəzi Bankının (AMB) Valyuta ehtiyatlarının idarə edilməsi Departamentinə direktor təyin edilib. SİA xəbər verir ki, bu vəzifə Rəna Cəlilovaya həvalə olunub.

O, 2010-cu ildən AMB-də – Risk idarəetmə, Bazar əməliyyatları departamentləridə müxtəlif vəzifələrdə çalışıb. Lakin 2017-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək Avropa Sabitlik Mexanizmində portfel meneceri vəzifəsində çalışıb.