Rusiyada yetkinlik yaşına çatmayanların cinayəti 18 faiz artıb…
…Rəsmi statistikaya görə, son illər yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayı yalnız azalıb..(?) Hesab olunur ki, ölkədə baş verən cinayətlərin yalnız kiçik bir hissəsi yetkinlik yaşına çatmayanlar tərəfindən törədilir. Rusiya Baş Prokurorluğu ölkədə yeniyetmələr arasında cinayətin ilin əvvəlindən 18 faiz artdığı statistikasını açıqlayıb.
İdarədən qeyd ediblər ki, bu, son bir neçə ildə azyaşlılar tərəfindən törədilən cinayətlərin sayının, əksinə, azaldığı tendensiyalardan xeyli fərqlənir.
SİA xəbər verir ki, statistikaya görə, ölkədə cinayətlərin yalnız 1,5 faizi yeniyetmələr tərəfindən törədilir.
TASS-ın məlumatına görə, bu il ümumilikdə 13800 belə cinayət qeydə alınıb.
Baş Prokurorluq belə dəyişikliklərin səbəbini açıqlamayıb. Sberbank İdarə Heyətinin sədr müavini Stanislav Kuznetsov bu yaxınlarda qeyd edib ki, yeniyetmələr tərəfindən törədilən kibercinayətlərin sayı cəmi üç il ərzində 74 dəfə artıb.
Nazlı Almuradova