Dünya

Bu gün İstanbulda danışıqlar olacaq


Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Ukrayna və Rusiya arasında sülh danışıqlarının üçüncü raundu keçiriləcək. SİA-nın “TRT Haber”ə istinadən məlumatına görə, Rusiya nümayəndə heyətinə ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.

Ukrayna heyətinə rəhbərlik isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Rüstəm Umerova həvalə olunub.

Görüşün gündəliyində əsirlərin azad edilməsi, qaçırılmış uşaqların geri qaytarılması və ölümlərin dayandırılması məsələləri yer alır.

TASS-ın məlumatına görə, danışıqlar İstanbulda Çırağan sarayında aparılacaq.

Qeyd edək ki, Ukrayna və Rusiya son 5 ay ərzində İstanbulda iki dəfə danışıqlar aparıblar.

İyunun 2-si keçirilən son müzakirələrdə müəyyən razılıq əldə olunmuş, əsir mübadiləsi ilə bağlı anlaşmalar imzalanmışdı.