Dünya

Dünyanın ən böyük neft emalı zavodu Rusiya neftini əvəz etmək istəyir





Məsələn, Yaxın Şərqdə.



Avropa İttifaqının yeni sanksiyalar paketinin qəbulundan sonra Hindistanın Reliance Industries şirkəti Rusiya neftini əvəz edəcək vasitə axtarmağa başlayıb.

SİA-nın məlumata görə, bu barədə Bloomberg yazır. Dünyanın ən böyük neft emalı zavodunun sahibi olan şirkət, keçən həftənin sonunda Abu Dabidə premium Murban markalı xam neft alıb.

Bu, nadir haldır, çünki özəl neft emalı zavodu adətən Rusiyadan daha ucuz Urals xammalı və Yaxın Şərq mənşəli daha ağır növlər alır.

Reliance-in idxal planları ilə tanış olan mənbələr bildiriblər ki, şirkət neft alışını diversifikasiya etmək yollarını axtarır, Rusiya bu il konqlomeratın ən böyük əmtəə tədarükçüsüdür. Kpler tərəfindən tərtib edilən gəmi izləmə məlumatlarına görə, Rusiya Reliance neftinin təxminən yarısını təmin etdi. Şirkətin neft məhsullarının təxminən beşdə biri Avropaya satılıb.

Agentlik yazır ki, Reliance-in Rusiyadan tədarükdən radikal şəkildə imtina etmək qərarına gəlib-gəlməyəcəyini söyləmək hələ tez olsa da, treyderlər şirkətin məsələn, Yaxın Şərqdə alternativlər axtarmasının ilkin əlamətlərini qeyd edirlər.

Bununla belə, əsas neft emalı zavodunun digər istehsalçılardan gündə təxminən 600 min barel nefti necə və hansı qiymətə alacağı hələlik bəlli deyil”, – deyə əlavə ediblər.

Avropa İttifaqının yeni məhdudiyyətləri Rosneft-in Hindistanın ikinci ən böyük neft emalı zavodunu idarə edən Nayara Energy-dəki payını satmaq planlarını təhlükə altına qoyub.

Milyarder Mukeş Ambaniyə məxsus Reliance Industries, Hindistan şirkətinin ehtimal olunan alıcılarından biri kimi göstərilib.

Əli Babayev