Dünya

Kaliforniyada meşə yanğınları ABŞ-a 65 milyard dollar ziyan vurub


2018-ci ildə Kaliforniya ştatında baş verən yanğınlar ölkəyə 13 milyard dollar ziyan vurmuşdu. SİA xəbər verir ki, bu yanğınlar ABŞ tarixində ən çox ziyana səbəb olmuş kütləvi yanğın kimi qiymətlndirilirdi.

Lakin 2025-ci ilin əvvəlində Kaliforniyada baş vermiş 2 meşə yanğınının fəsadları ABŞ tarixindəki bütün yanğınları üstələyib. Sözügedən fəlakətlərdə 31 nəfər ölüb, 16 200-dən çox tikili məhv olub. Yerli ekspertlərin hesabatında qeyd olunur ki, söhbət həm ABŞ, həm də dünya tarixində ən “bahalı” 2 yanğından gedir. Ziyanın ümumi həcmi 65 milyard dolları ötüb.