Dünya

Rusiyalı mənzilində narkotik laboratoriyası qurubmuş…


Moskvada mənzilində sintetik narkotiklərin istehsalı üçün laboratoriya yaradan şəxs saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxtın Baş İdarəsinin saytında bildirilib.

…Hüquq-mühafizə orqanlarının əməkdaşları Batayski proezdində 52 yaşlı kişinin mənzilində narkotik laboratoriyası aşkar ediblər.

Axtarış zamanı digər əşyalarla yanaşı, kimyəvi reagentlər, vakuum-möhürləyici, içərisində toz halında maddə olan vedrə də aşkar edilib.

Sonradan məlum olub ki, götürülən maddə ümumi çəkisi beş kiloqramdan çox olan mefedrondur.

Faktla bağlı cinayət işi açılıb, şübhəli şəxs nəzarətə götürülüb. Bundan əvvəl Moskva vilayətində 37 yaşlı kişi hamamda narkotik laboratoriyası qurduğuna görə saxlanılıb.

Əli Babayev