Dünya

Timsah balıqçını yeyib…


Hindistanda timsah gənc balıqçı yeyib.

SİA xəbər verir ki, bu barədə Free Press Journal məlumat yayıb.

Faciə 25 yaşlı gəncin balıq tutmağa getdiyi Bhiyantal kəndi yaxınlığındakı Ken çayında baş verib.

Yırtıcının hücumu qəfil və sürətli olub. O, bir neçə dəqiqə ərzində qurbanı parçalayıb. Balıqçının ölümü yerli sakinlər arasında qorxuya səbəb olub.

Son daşqınlardan sonra çayda timsahların sayı kəskin şəkildə artıb. Daşqınlar yırtıcıları qonşu su hövzələrindən gətirərək çayı ölümcül təhlükəli edirdi.

Ailələri nəsillər boyu çaydan asılı olan balıqçılar indi suya yaxınlaşmağa qorxurlar. Yerli sakinlərin sözlərinə görə, onlara təhlükə barədə dəfələrlə xəbərdarlıq edilsə də, hakimiyyət heç nə etmir.

Kənd sakinləri xəbərdarlıq lövhələrinin qoyulmasını, təhlükəli ərazilərə girişin məhdudlaşdırılmasını tələb edirlər.

Artıq rayon rəhbərliyi rəsmi sorğu göndərərək timsahların sayına nəzarət üçün təcili tədbirlərin görülməsini tələb edib. Artan çaxnaşma şəraitində sakinlər onların təhlükəsizliyinə etinasız yanaşmaqda davam edərsə, kütləvi etirazlarla hədələyirlər.

Daha əvvəl bildirilmişdi ki, Hindistanda kişi anasına hücum edən timsahla dava edib. O, qadını çubuqla yırtıcıdan uzaqlaşdırıb.

Nazlı Almuradova