Ufada ilk qadın İslam kolleci açılmağa hazırlaşır
Başqırdıstanda İslam təhsilinə marağın artması ilə əlaqədar olaraq qadın İslam kollecinin açılması qərara alınıb.
SİA xəbər verir ki, bu barədə “Proofs” internet nəşri məlumat yayıb.
Təhsil müəssisəsi respublikada yalnız qadınlar üçün nəzərdə tutulmuş ilk təhsil ocağı olacaq. Açılış 2025-ci ilin sentyabr ayına planlaşdırılır.
Qurumun direktoru Cəmil Xəlirəhmanovun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün artıq 10 milyon rubl yığılıb. Bu vəsaitlər döşəmələrin dəyişdirilməsi, yeni pəncərələrin quraşdırılması, su təchizatının, istilik və elektrik sistemlərinin yenilənməsinə, dam örtüyünün bərpasına və ətraf ərazinin abadlaşdırılmasına sərf olunub.
Hazırda muzdlu işçilərlə yanaşı, könüllülər binaların təmiri və təmizlənməsində fəal iştirak edirlər.
…Biz ciddi problemlə – təlim üçün yer çatışmazlığı ilə üzləşmişik. Gələcək mədrəsə 70-80 nəfər üçün nəzərdə tutulacaq.
Orada yalnız qızlar təhsil alacaq.
Həm əyani, həm də qiyabi. Hələ respublikanın heç bir yerində belə bir şey yoxdur. Onlar İslam və ərəb elmləri müəllimi, yaxud digər fənlərə yiyələnmək imkanına malik olacaqlar.
Bunu Xəlirəhmanov deyib.
Qadın İslam Kolleci 2025-ci ilin sentyabrına qədər tələb olunan məbləğ yığılmasa belə işə başlayacaq. Bundan sonra mədrəsə distant təhsil formatında tədris ilinə başlayacaq.
Nazlı Almuradova