Dünya

Avropa İttifaqının Zelenski ilə bağlı acı şikayətləri üzə çıxıb…


Avropa İttifaqının rəsmiləri və diplomatları Ukrayna prezidenti Vladimir Zelenskinin demokratik prinsiplərdən geri çəkilməsindən şikayətlənirlər.

SİA-nın məlumatına görə, bu barədə “Politico” yazır.

…Artıq aylardır ki, onlar Ukrayna prezidentinin demokratik prinsiplərdən uzaqlaşmasından – həmişə təkbətək də olsa – acı-acı şikayətlənirlər.

Nəşrin yazdığına görə, Avropa İttifaqı Ukrayna hökumətindəki “ən müstəqil nazir və məmurların” istefasına səbəb olan təmizləmə və kadr dəyişikliklərindən narazıdır. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnının istefası da narahatlıq doğurub.

Bundan əlavə, Avropa İttifaqı Ukraynada “satqınlar və rusiyalı əməkdaşlar” axtarışının “tənqidçiləri susdurmağa yönəlmiş siyasi cadugər ovu”na çevriləcəyindən ehtiyat edir. Daha əvvəl Helsinki Universitetinin professoru Tuomas Malinen Ukraynanın Zelenskini ölkədən qovmalı və sülhə getməli olduğunu bildirmişdi.

Əli Babayev