İqtisadiyyat

Azərbaycan İsraili Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib


Azərbaycan İsraili gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, İsrail Dövlətinin Tikinti və Mənzil Nazirliyinin Baş direktoru Yehuda Morgenstern ilə səmimi və faydalı fikir mübadiləsi aparılıb: “Görüş zamanı şəhərlərdə yenidənqurma, tikinti sektorunun tənzimlənməsi və əlçatan mənzil proqramlarının icrası məsələlərini müzakirə etdik. Həmçinin, israilli həmkarlarımızı böyük məmnuniyyətlə 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak etməyə dəvət etdim”.