Dünya

Kamboca-Tailand sərhədində atışma olub


Kamboca ilə Tailand arasındakı mübahisəli ərazidə iki ölkənin hərbçiləri arasında atışma olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tailand ordusu atəşi ilk olaraq Kamboca əsgərlərinin başlatdığını açıqlayıb. Kamboca Müdafiə Nazirliyi də öz növbəsində açıqlama yayaraq, mübahisəli ərazidə sərhəd zonasında atışma olduğunu bildirib.

Qeyd edək ki, Kamboca-Tailand sərhəd münaqişəsi iki ölkə sərhədində 2008-ci ildə silahlı toqquşmalarla başlayıb. Münaqişənin kökündə Kamboca və Tailand krallıqları arasında Preahvihear məbəd kompleksi ətrafındakı ərazilərə dair əsrlər boyu davam edən mübahisədir.