Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq
Ağdərə rayonundakı Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib. Bu işləri “Apex Group” həyata keçirəcək.