Stalinin heykəlinin üzü sındırılıb…
Cənubi Osetiyada İosif Stalinin büstü dağıdılıb.
SİA-nın məlumatına görə, RBC yerli informasiya və mətbuat komitəsinin rəhbərliyinə istinadən xəbər verir ki, generalissimusun üzü sındırılıb.
Hadisə Tsxinvalidə gecə saatlarında baş verib.
Abidə tam zədələnməyib – xuliqanlar abidənin burnunu qırıblar. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır: idarənin məlumatına görə, bu, dava ola bilər.
Baş katibə həsr olunmuş daha bir abidə isə toxunulmaz qalıb və prokurorluq binasının həyətində yerləşir.
…Başqırdların Əmirovo kəndində də Stalinin büstü vandalizm obyekti olub.
Quraşdırıldıqdan cəmi ay yarım sonra naməlum şəxslər onu qırmızı boya ilə yağlayıblar.
Rusiya Federasiyası Kommunist Partiyası hadisəni mütəşəkkil siyasi təxribat adlandırıb; yerli sakinlərin, partiyaya görə, bununla heç bir əlaqəsi yoxdur.
Bundan əvvəl Çuvaşiyada Leninin abidəsi şəhər meydanından sökülərək poliqona aparılıb.
…Amma həmin yer uzun müddət boş qalmadı: məlum oldu ki, Şumerlya şəhərindəki köhnə abidənin əvəzinə yenisini, lakin ölçüsündən kiçik olanı ucaltmaq qərarına gəliblər.
Əli Babayev