Siyasət

Təbii resursların işlənməsi sahəsi Somali-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır


Təbii resursların işlənməsi sahəsi Somali-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycanın ASAN Xidmət modelinin Somalidə tətbiqi də nəzərdə tutulan məsələlərdəndir.

Nazir təhsil sahəsində əməkdaşlıqdan da söz açaraq bu ildən etibarən Azərbaycanda Somalidən olan tələbələr üçün 20 təqaüd yerinin ayrıldığını vurğulayıb.