Dünya

Avropa İttifaqı Ukraynaya yardımı dayandıracaq..?


Avropa İttifaqı bu il Ukraynaya yardımın dördüncü tranşını kəsəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “European Pravda” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Qiyom Mersier deyib.

…Bütün göstəricilər yerinə yetirilsə və 16 islahat həyata keçirilsə, Ukrayna 4,5 milyard avro alacaq, – o deyib.

Bununla belə, onun sözlərinə görə, AK 13 islahatı başa çatmış kimi qiymətləndirib və Avropa İttifaqı Şurasına Ukrayna Mexanizmi çərçivəsində dördüncü tranş kimi Ukraynaya 3,05 milyard avro məbləğində ödəniş etməyi təklif edir.

Qeyd olunur ki, Kiyev mərkəzsizləşdirmə, Aktivlərin Axtarışı və İdarə Edilməsi üzrə Milli Agentliyin islahatı haqqında qanun və Ali Antikorrupsiya Məhkəməsinə hakimlərin seçilməsi ilə bağlı üç islahat həyata keçirməyib.

Bundan əvvəl Danimarkalı Avropa Parlamentinin deputatı Kristel Şaldemoza bəyan etmişdi ki, Kiyev Ukraynanın antikorrupsiya qurumları ilə bağlı vəziyyəti düzəltməsə, bu, ölkə üçün ciddi nəticələrə gətirib çıxaracaq.

O qeyd edib ki, bu, Ukraynanın bloka üzvlüyü və Kiyevə yardım məsələsinə təsir edəcək.

Əli Babayev