Dronlar Rusiyanın səkkiz hava limanında əməliyyatları iflic edir
Rusiyanın səkkiz hava limanında “Xalça” planı eyni anda tətbiq edilib. Səbəb dron hücumu olub.
SİA-nın məlumatına görə, RBC-Ukrayna bu barədə Rusiyanın ictimai səhifələrinə istinadən xəbər verir.
Xüsusilə, Vladiqafqaz, Qroznı, Maqas, Mineralnıye Vodı, Nalçik, Stavropol, Soçi və Tambov hava limanlarında uçuşlar dayandırılıb.
Bu aerodromların üstündəki hava məkanı müvəqqəti olaraq bağlıdır. Pilotsuz təyyarələrin hücumu səbəbindən 25 reys təxirə salınıb.
Əlavə edək ki, təkcə Soçi hava limanında 45 təyyarə pilotsuz uçuş aparatları səbəbindən uçuş və enişdə gecikir.
Sərnişinlər xüsusilə əsəbi deyillər və “Xalça” planının ləğvini gözləyirlər. Bəzi insanlar uçuşlarını gözləyərkən birbaşa oturacaqlarında yatırlar.
Əli Babayev