Tramp Makronun Fələstini tanımaq qərarını qiymətləndirib…
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Fələstini rəsmən tanımaq təşəbbüsünü dəstəkləməkdən imtina edib.
Onun sözlərini Reuters agentliyi yayıb.
…Onun dedikləri heç bir əhəmiyyət kəsb etmir. O, yaxşı oğlandır, mən ona hörmət edirəm, amma bu bəyanatın heç bir mənası yoxdur.
Bunu Amerika lideri qeyd edib.
Bundan əvvəl Makron bildirib ki, Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq. O qeyd edib ki, Qəzzada müharibənin dayandırılması və mülki əhaliyə lazımi dəstəyin göstərilməsi son dərəcə vacibdir.
Buna cavab olaraq ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Makronun Fələstin dövlətini tanımaq təşəbbüsünü rədd edir. O, bu ehtiyatsız qərarın “yalnız Həmas təbliğatına xidmət etdiyini” və onları sülhdən uzaqlaşdırdığını vurğulayıb.
Əli Babayev