ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı yalan danışır..?
Ağ Ev və ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı kəşfiyyat məlumatları barədə yalan danışır.
SİA-nın məlumatına görə, NBC News xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Syuzan Miller deyib.
…Milli Kəşfiyyat Direktoru və Ağ Ev yenə yalan danışır. Biz o zaman 2016-cı il ABŞ prezidentliyinin qalibi Donald Tramp və ya onun komandası ilə ruslar arasında hər hansı ikitərəfli sövdələşməyə rast gəlmədik.
Bunu Miller deyib.
Daha əvvəl bildirilmişdi ki, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası 2016-cı il seçkilərindən əvvəl və sonra Rusiyanın kiberhücumlar vasitəsilə onların nəticələrinə təsir etmədiyini bilirdi.
Müvafiq məlumatlar Tramp administrasiyasının sənədlərində dərc olunub. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff də Donald Trampın Rusiya ilə sövdələşməsindən danışıb.
Onun sözlərinə görə, Amerika kəşfiyyat orqanlarının keçmiş rəhbərləri bilərəkdən yalan məlumat yayırdılar.
Əli Babayev