Dünya

Qəzaya uğrayan An-24-ün qara qutularından ilk məlumatlar açıqlanıb


Dövlətlərarası Aviasiya Komitəsinin bəyanatına görə, Tynda yaxınlığında qəzaya uğrayan An-24-ün qara qutularından biri yanıb. SİA bu barədə rus saytlarına istinad edir.

Məlumatda qeyd edildiyi kimi, iyulun 25-də gecə yarısı Dövlətlərarası Aviasiya Komitəsi rəhbəri Oleq Storçevoy təyyarədən Moskvaya registratorları çatdırıb.

Gecə komitənin mütəxəssisləri onları açıb məlumat çıxarmağa başlayıblar.

Eyni zamanda, konteynerlərdə yüksək temperaturun təsir izləri müşahidə edildi: maqnit lenti yanğın nəticəsində məhv edildi, lakin səs yazıcısından məlumatlar qorunub saxlanıldı. Hazırda səs yazısı təhlil edilir.

…Təyyarənin yer səthi ilə toqquşması anından əvvəl, təyyarənin sistemlərində heç bir nasazlıq qeydə alınmayıb.

Bu, press-relizdə deyilir.

…İyulun 24-də Xabarovsk- Blaqoveşensk-Tyndaya uçan An-24 sərnişin təyyarəsi Tynda hava limanına ikinci eniş edərkən Amur vilayətində qəzaya uğrayıb. Onun qalıqları şəhərdən 15 km aralıda tapılıb. Təyyarədə 43 sərnişin və altı ekipaj üzvü olub, onlar sağ qalmayıb.

Əli Babayev