Dünya

Ərdoğan və Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, həmsöhbətlər əsas diqqəti Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyətə yönəldiblər.

Prezident Ərdoğan Fələstin-İsrail münaqişəsinə ən qısa zamanda son qoymağın əhəmiyyətini vurğulayaraq, “iki dövlət” prinsipini bu regionda davamlı sülhün əsası adlandırıb.

Türkiyə lideri rəsmi Parisin Fələstin dövlətinin tezliklə tanınması barəqə qərarını alqışlayıb.