Britaniya və Avstraliya 50 illik hərbi saziş imzaladı
Böyük Britaniya və Avstraliya 50 il müddətinə nəzərdə tutulmuş nüvə sualtı qayıqlarının tikintisi və istismarı üzrə ikitərəfli tərəfdaşlıq sazişi imzalayıblar. SİA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunur ki, sazişi müdafiə naziri Con Hili və onun avstraliyalı həmkarı Riçard Marles imzalayıblar. Müqavilə Avstraliya, Böyük Britaniya və ABŞ hökumətləri arasında üçtərəfli tərəfdaşlığa əsaslanır.