Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.