Dünya

Donald Trampla Ursula Fon der Lyayen arasında görüş keçirilir


Şotlandiyada ABŞ Prezidenti Donald Trampla Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında görüş keçirilir.

SIA-nın məlumatına görə, görüşdə ticarət sazişi üzrə danışıqlar aparılır. Görüş öncəsi jurnalistlərin suallarını cavablandıran Donald Tramp ABŞ və Avropa İttifaqı arasında hələ də üç-dörd razılaşdırılmamış məsələnin olduğunu deyərək sazişin bağlanma ehtimalının 50 faiz səviyyəsində olduğunu açıqlayıb. Tərəflər ikitərəfli əlaqələrin dünyada ən böyük ticarət tərəfdaşlığı olduğunu dilə gətiriblər.

Görüşün təxminən bir saat çəkəcəyi gözlənilir.