Dünya

Gürcüstanda Rusiya bayrağı yandırılıb…


…Gürcüstanda naməlum şəxslər Rusiya milli komandasının idmançılarının qaldığı otelin yaxınlığında Rusiya bayrağını yandırıb və fişənglər qoyub.

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, onlar respublikaya qılıncoynatma üzrə dünya çempionatına gəliblər. Komanda nümayəndələri hadisənin səhər saat 5 radələrində baş verdiyini bildiriblər.

…Komandamızın qaldığı otelin yaxınlığında naməlum şəxslər bir neçə fişəng atıb, sonra isə yoxa çıxıblar.

Bunu komanda üzvləri bildiriblər.

İnternetdə bir qrup gəncin Rusiya bayrağını yandırarkən şüarlar səsləndirdiyini əks etdirən video da yayılıb.

Gürcüstan hakimiyyətinin və yarış təşkilatçılarının insidentlə bağlı reaksiyası barədə məlumat yoxdur.

Bundan əvvəl Gürcüstanın Rusiyaya 2,9 min ton şaftalı və nektarin ixrac etdiyi bildirilirdi. Bu, rekord tədarükdür, Tbilisi 2025-ci ilin yanvar-iyun aylarında təxminən 3,6 milyon dollar əldə edib.

Nazlı Almuradova