Dünya

Sərnişin qayığı batdı


Nigeriyanın Niger ştatında yerləşən çayda sərnişin daşıyan qayığın batması nəticəsində 25 nəfər həyatını itirib. SİA xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, Niger ştatının Munya bölgəsindən bazara yollanan sərnişinlərin mindiyi qayıq Şiroro bölgəsində batıb.

Hadisə zamanı ilkin məlumatlara əsasən 25 nəfər həyatını itirib, onlarla insan itkin düşüb.

Rəsmi şəxslər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, Nigeriyada yağış mövsümündə çay və göllərdə tez-tez qayıq faciələri baş verir.