Təbriz-Bakı aviareysi açıldı
“Təbriz-Bakı və əksinə reyslər Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanının xarici reyslərinə əlavə edilib”. SİA xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Hava Limanlarının rəhbəri məlumat verib. O deyib ki, bu gündən uçuş cədvəlinə əlavə edilən bu yeni reys İran və Azərbaycan Respublikası arasında hava əlaqəsini gücləndirəcək və sərnişinlər üçün regionun bu iki mühüm şəhəri arasında gediş-gəlişi asanlaşdıracaq. “Bu reysin açılması ilə Şərqi Azərbaycan əyaləti ilə Azərbaycan arasında ticarət və turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranacaq. Bu hava yolu iki region arasında iqtisadi və mədəni mübadilənin inkişafında mühüm rol oynaya bilər”, – o əlavə edib.