Dünya

ABŞ və Aİ razılığa gəldi


ABŞ Prezidenti Donald Tramp ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Şotlandiyada keçirilən görüşündə aylarla davam edən gömrük mübahisəsi barədə razılıq əldə olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, razılaşmanın detalları hələlik açıqlanmasa da, görüş çərçivəsində tərəflər ticarət sazişi imzalayıblar.

Tramp mətbuat konfransında ABŞ-yə Avropa İttifaqından (Aİ) idxal olunan mallara tətbiq edilən rüsumun ən azı 15% olacağını bildirib.

Qeyd edək ki, Avropa İttifaqından (Aİ) ABŞ-yə ixrac olunan məhsulların əvvəlki dövrlərlə müqayisədə daha yüksək gömrük rüsumlarına məruz qalacağı deyilirdi. Donald Tramp görüşdən əvvəl gömrük tariflərini 15%-dən aşağı salmaq niyyətində olmadığını bəyan etmişdi.