Dünya

Barak Obama Qəzza xalqına çağırış etdi


ABŞ-ın keçmiş prezidenti Barak Obama humanitar yardımın Qəzzaya çatmasına icazə verilməsini və İsrailin hərbi əməliyyatlarının dayandırılmasını istəyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama özünün “X” sosial media hesabında, “New York Times” qəzetində Qəzzada insanların çəkdiyi aclığı ortaya qoyan iki xəbər məqaləsi paylaşıb.

Qəzza böhranının qalıcı həlli üçün İsrailin hərbi əməliyyatlarının dayandırılmasının vacib olduğunu vurğulayan Obama, paylaşdığı xəbərlərdə günahsız insanların qarşısı alına bilən aclıqdan ölməməsi üçün təcili tədbirlər görülməsinin vacibliyini dilə gətirib. Obama deyib: “Yardımın Qəzza xalqına çatmasına icazə verilməlidir. Mülki ailələrin qida və sudan məhrum edilməsinə heç bir əsas yoxdur”.