Naxçıvanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb
Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında maliyyələşdirilən ipoteka kreditlərinin məbləği 1 milyon 933 min manat təşkil edib. SİA xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 141 min manat və yaxud 144 % (2,4 dəfə) çoxdur.
“İpoteka kreditləri üzrə bu artım Naxçıvan muxtar respublikasında əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış sahələrinə olan tələbatın qarşılanması və sosial rifahın artırılması istiqamətində həyata keçirilən tədbirlərin real nəticəsidir. Regionda ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi və vətəndaşlara daha əlverişli şərtlərlə maliyyə dəstəyi göstərilməsi məqsədilə sistemli işlər davam etdirilir”, – deyə F.Nəcəfli qeyd edib.